Bu gün yeni çempionun adını biləcəyk? - Üç məkandan CANLI YAYIM

16:00 I Divizion 99
Bu gün yeni çempionun adını biləcəyk? - Üç məkandan CANLI YAYIM

I Liqada 25-ci tur davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün daha 3 görüş keçiriləcək.

Turnir cədvəlinin başında yer alan «Şəfa» Buzovnada «Difai»nin qonağı olacaq.

Elgiz Kərəmlinin çalışdırdığı paytaxt təmsilçisi qəsəbədən 3 xalla dönsə, Premyer Liqaya bileti vaxtından əvvəl cibinə qoyacaq.

İkinci pillədəki «Səbail» isə Zaqatalada eyniadlı komandanın önünə çıxacaq.

“Şimal” ilə MOİK isə Şamaxı Olimpiya Kompleksində üz-üzə gələcək.

“Şimal” – MOİK
Hakimlər: Mahmud Bağırzadə, Zakir Şükürzadə, Məmmədəli Kərimov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı OİK stadionu

“Difai” – “Şəfa”
Hakimlər: İslam Məmmədov, Rəşad Quliyev, Elman Kərimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Buzovna qəsəbə stadionu

“Zaqatala” – “Səbail”
Hakimlər: Kamran Əliyev, Mirnihad Seyidov, Anar Bədəlov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Zaqatala OİK stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti