I Liqada 25-ci tur davam edir. Bu gün çempion müəyyənləşə bilər.
Belə ki, lider "Şəfa" autsayder "Difai"nin qonağı olacaq.
İkinci yerdəki "Səbail" isə "Zaqatala" ilə üz-üzə gələcək. Hazırda "Şəfa" və "Səbail" arasındakı xal fərqi 7-yə bərabərdir.
Əgər "Şəfa" qələbə qazanarsa, sona 2 tur qalmış çempionluğu rəsmiləşdirəcək. "Səbail"in "Zaqatala"ya məğlub olacağı halda isə "Şəfa"ya hazırkı xal fərqi də kifayət edəcək.
Reqlamentə əsasən, I Liqada çempion olan komanda Pemyer Liqaya birbaşa vəsiqə əldə edəcək. İkinci yeri tutan iştirakçı isə elitanın 11-cisi ilə pley-off matçına çıxacaq.
"Şəfa" qarşısına qoyulan məqsədə çatarsa, məşqçi və futbolçularına böyük miqdarda mükafat verəcək. Ödəniləcək ümumi məbləğ 60-70 min manat civarındadır.
Maraq üçün deyək ki, ötən mövsüm çempionatı birinci yerdə bitirən "Qəbələ" rəhbərliyi daha əliaçıq davranıb.
"Qırmızı-qaralar" qızıl medalların qazanılmasında əməyi keçənlərin hər birinə 10 min manat ödəmə edib.
SPORTİNFO.AZ

