Bu gün I Liqada 25-ci tura start veriləcək.
İlk gündə 1 matç keçiriləcək.
Beşinci sıradakı "Şahdağ Qusar" üçüncü yerdəki "Mingəçevir"i qəbul edəcək.
Beş gündür məşqə çıxmayan qonaqlar səfər görüşə yollanıb.
Bu barədə Sportinfo.az-a futbolçuların özləri məlumat verib. Onların bildirdiyinə görə, rəhbərlik maliyyə öhdəliyini yerinə yetirəcəyini vəd edib:
«Üç aya yaxındır maaş almırıq. Bizə deyildi ki, mayın 7-də bütün borcları ödəyəcəklər.
Şərtimiz oldu ki, hamı maaş alacaq. Hər dəfə komandanın yarısı maaşını alırdı, yarısı qalırdı.
Daha belə olmayacaq. Verdikləri vədi yerinə yetirməsələr, gələn dəfə özləri çıxarlar meydana.
Bundan o tərəfə yalan olmaz. İndiyədək bizi çox aldadıblar, görək, indi sözlərini tutacaqlar?
Dediklərini etməsələr, son oyunlarda bizi stadionda görməyəcəklər. Necə ki məşqə çıxmırıq, çempionat oyunlarına da çıxmayacağıq.»
Şamaxı Olimpiya və İdman Kompleksinin stadiionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq.

“Şahdağ Qusar” – “Mingəçevir”
Hakimlər: Vüqar Həsənli, Asif Abdullayev, Safalı Ağayev, Niyaz Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı OİK stadionu

