Bu gün I Liqada 24-cü tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.
İkinci pilləni tutaraq Premyer Liqaya vəsiqə qazanmaq üçün pley-off görüşünə çıxmaq istəyən iki komandanı meydanda görəcəyik.
Son həftələrdə eniş yaşayan «Baku Sportinq» Buzovnada «Difai» ilə üz-üzə gələcək
. «Səbail» isə Bayılda «Cəbrayıl»la qüvvəsini sınayacaq.

“Baku Sportinq” – “Difai”
Hakimlər: Mahmud Bağırzadə, Rəhman Aslanov, Aydın Baxşiyev, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Buzovna qəsəbə stadionu, 16:30
“Səbail” – “Cəbrayıl”
Hakimlər: Elvin Bayramov, Kamran Bayramov, Vüqar Bayramov, Sənan Bayramzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Törə Əhmədova
“Bayıl Arena”, 17:00

