Bu gün Premyer Liqaya yeni komanda gələcək - Üç arenadan CANLI YAYIM

29 Aprel 16:00 I Divizion 1 884
Bu gün Premyer Liqaya yeni komanda gələcək - Üç arenadan CANLI YAYIM

Bu gün I Liqada 24-cü tur başlayacaq.

Sportinfo.az xəbər verir ki, ilk gündə 3 matç keçiriləcək.

MOİK Binədə "Şahdağ Qusar"la üz-üzə gələcək. İkinci yerə iddiasını davam etdirən "Mingəçevir" isə "Zaqatala"nı qonaq edəcək.

Lider "Şəfa" isə "Şimal"ı sınağa çəkəcək. Turnir cədvəlinin başında dayanan paytaxt təmsilçisi

Xaçmaz komandasını məğlubiyyətə uğradarsa, Premyer Liqaya birbaşa vəsiqə qazanmaq şansını 99 faizə qaldıracaq. Çünki onunla ən yaxın izləyicisi "Səbail" arasındakı xal fərqi hazırda 9-dur.

MOİK – “Şahdağ Qusar”
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Sənan Atayev, Nazim Abdullayev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Bayıl Arena”, 15:00

“Mingəçevir” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:30

“Şəfa” – “Şimal”
Hakimlər: Murad Səlimov, Rasim Axundov, Elmin Süleymanov, Niyaz Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bayıl Arena”, 19:30

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"