Paytaxt klubu “Zenit”in hücumçusu ilə müqavilə bağladı

18 İyul 2025 20:40 I Divizion 3 077
Paytaxt klubu “Zenit”in hücumçusu ilə müqavilə bağladı

I Liqaya vəsiqə qazanan “Şəfa” heyətini daha bir futbolçu ilə gücləndirib.

Paytaxt təmsilçisi “Mingəçevir”dən ayrılan hücumçu ilə anlaşıb.

Ötən mövsümün ilk yarısını “Turan Tovuz”da keçirən, ikinci yarımildə Mingəçevir təmsilçisinin uğurları üçün tər tökən Nahid Əliyev bundan sonra “Şəfa”nın formasını geyinəcək.

Futbolçu ilə klub arasında 1 illik szləşmə imzalanıb.

Maraq üçün bildirək ki, Nahid Sankt-Peterburq “Zenit”inin yetirməsidir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!