Sponsor çempion kluba büdcə ayırmaqdan boyun qaçırdı, təklif verdi - İanə toplayın!

16 İyul 2025 11:40 I Divizion 2 230
Sponsor çempion kluba büdcə ayırmaqdan boyun qaçırdı, təklif verdi - İanə toplayın!

II Liqanın çempionu olan «Şahdağ»da toplantı keçirilib.

Kluba sponsorluq edən şirkətin nümayəndələrinin iştirakıyla təşkil olunan iclasda mövcud vəziyyət müzakirəyə çıxarılıb.

Burada bəllit olub ki, son 2 ildə futbola böyük büdcə ayıran şirkət daha bunu etmək niyyətində deyil. Himayədar biznes qurumu «Şahdağ»a yalnız cüzi vəsait ayırmaq fikrindədir.

Yığıncaqda bildirilib ki, gələn mövsüm I Liqada mübarizə aparacaq komanda AFFA tərəfindən ayrılan büdcə əsasında formalaşdırılmalıdır.

Eyni zamanda tövsiyə olunub ki, Qusarda fəaliyyət göstərən iş adamlarına müraciət edilsin, onlardan ianə toplansın.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA