Komandanın sükanı arxasına keçdi, iki köməkçi götürdü, biri qaldı

7 İyul 2025 14:00 I Divizion 1 345
Komandanın sükanı arxasına keçdi, iki köməkçi götürdü, biri qaldı

Füzuli Məmmədovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən «Mingəçevir»i Ramiz Məmmədovun çalışdıracağı dəqiqdir.

2024-cü ildə «Şamaxı»nı I Liqanın çempionu edən mütəxəssislə uzunmüddətli müqavilənin şərtləri razılaşdırılıb.

Onun köməkçilərindən ikisinin kimliyi də artıq məlumdur.

Tanınmış mütəxəssis əvvəlki iş yerində bərabər çalışdığı Məqsəd Yaqubəliyev və Mehman Baxışovu «Mingəçevir»ə gətirib.

Elnar Kərimovun qapıçılar üzrə məşqçi olub-olmayacağı isə qısa bir zamanda dəqiqləşəcək.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA