Azərbaycanda sponsor klubun üzərindən əlini götürdü

3 İyul 2025 17:40 I Divizion 3 159
Azərbaycanda sponsor klubun üzərindən əlini götürdü

“Zaqatala” yenidən sponsorsuz qalıb.

2024-cü ilin fevralından “Music Gallery” ilə əməkdaşlıq edən klub artıq bu dəstəkdən məhrum olub.

Səbəb bu şirkətin bağlı olduğu holdinqdə baş verən rəhbər dəyişikliyidir.

Himayədar qurumun yönətiminə yeni şəxslər gəlib, onların isə futbola vəsait ayırmaq fikri yoxdur.

I Liqa təmsilçisi hər ay “Music Gallery”dən 5000 manat alırdı. Həmin məbləğ isə əsasən uşaq futboluna xərclənirdi. İndən belə bu da olmayacaq.

Demək, Zaqatala və Qaxda fəaliyyət göstərən aşağı yaş qrupları üzrə komandaların əksəriyyəti fəaliyyətini dayandıracaq. Bəlkə də hamısı.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA