
I Liqada mübarizə aparan “Baku Sportinq”də iclas keçirilib.
Bir sıra cari məsələlərə və gələcək planlara həsr olunmuş yığıncaqda əsas diqqət qarşıdan gələn 2025/26-cı il mövsümünə yönəlib.
Yeni mövsüm üçün büdcənin təsdiq olunduğu toplantıda komandanın hazırlıq proqramı müəyyənləşib.
Elman Sultanov baş məşqçi postunda saxlanılıb. Buzovna təmsilçisi 21 iyuldan etibarən məşqlərə start verəcək.
İki ildir qəsəbə kollektivini çalışdıran mütəxəssis 10 futbolçunun xidmətindən imtina edib.
Şahin Zəkiyev, Nazim Bağırov, Nazim Həsənzadə, Asim Əlizadə, Ramil Rüstəmov, Azad Rəcəbov, Rəşad Həsənov, Ruslan Süleymanov, Orxan Fərəcov və Xəzər Mahmudovla müqavilənin müddəti uzadılmayıb.
Bu da son olmayacaq. I Liqanın debütantı qarşıdakı günlərdə daha bir neçə nəfərlə yolları ayıracaq.
SPORTİNFO.AZ