
«Mingəçevir»də Füzuli Məmmədov dönəmi artıq başa çatıb.
Bu ilin yanvarında «işıqçılar»ın sükanı arxasına keçən mütəxəssis müqaviləsini qarşılıqlı razılıq əsasında pozmağa razılaşıb.
Klub rəsmiləri ilə danışıqlar aparan çalışdırıcı təzminat müqaibilində getməyə razılaşıb.
Onun köməkçiləri də bu sıraya aiddir. Rauf Mehdiyev, Mehman Yunusov və Rafael Əmirbəyova da 1-2 aylıq maaş məbləğində kompensasiya ödəniləcək.
I Liqa təmsilçisini bundan sonra Ramiz Məmmədov çalışdıracaq.
2024-cü ildə «Şamaxı»nı birinci dəstəsinin çempion edən baş əmşqçi ilə 3 illik müqavilənin imzalanması nəzərdə tutulub.
SPORTİNFO.AZ