“Bu gün Birinci Liqaya da yaxşı oyunçular gəlir”

28 İyun 23:40 I Divizion 179
“Bu gün Birinci Liqaya da yaxşı oyunçular gəlir”

“Ümumilikdə səviyyə bir xeyli yüksəlib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycanda 4 klubun formasını geyinmiş iranlı hücumçu Şahin Şahin Balejai deyib.

Vaxtilə “İnter”lə “Şəmkir”in şərəfini qorumuş, ötən mövsüm “Baku Sportinq” və “Qaradağ-Lökbatan”da çıxış etmiş forvard Azərbaycan futbolunun durumuna qiymət verib:

“Müxtəlif vaxtlarda Azərbaycanda olmuşam. "İnter"lə (indiki "Şamaxı") hətta yüksək liqada oynamışam.

Uzun aradan sonra yenidən bura qayıtdım. Bu gün Birinci Liqaya da yaxşı oyunçular gəlir.

Lakin düşünürəm ki, Birinci Liqaya diqqət bir az da artırılsa, yaxşı olardı. Gələcək də buradan yüksək liqaya gedən oyunçuların sayı çoxalsın”.

Digər Xəbərlər
Xəbər Lenti
28 İyun 18:10 Çək və bizə göndər!