
AFFA İcraiyyə Komitəsinin iyunun 24-nə planlaşdırılan iclası səbrsizliklə gözlənilirdi.
Xüsusən I Liqa təmsilçilərinin növbəti mövsümdə legioner limiti ilə bağlı hansı formatın tətbiq olunacağına görə narahatlığı cavabını tapmalıydı.
Çünki əksər klublar limitlə bağlı çaşqınlıq içində olduğundan növbəti mövsümün planlarını qurmaqda çətinlik çəkir.
İclas baş tutdu, müəyyən göstərişlər verildi, qərarlar qəbul olundu.
Lakin 2025/2026 “futbol ilin”də start heyətində hansı sayda legionerin meydana çıxması və iştirak ərizəsində neçə əcnəbinin yer almasının mümkünlüyü ilə bağlı müəmma cavabsız qaldı.
Müəyyən araşdırmalardan sonra öyrəndik ki, I Liqada legioner limitinin dəyişdirilməsi gündəmdə olmadığı üçün mövzu müzakirəyə çıxarılmayıb.
Böyük ehtimalla format əvvəlki qaydada qalacaq – start heyətində maksimum 3 əcnəbinin yer almasına icazə veriləcək.
HƏBİB / SPORTİNFO.AZ