Azərbaycanda klub adını və iddiasını dəyişdi, büdcə xeyli böyüdü

15:00 I Divizion 681
Azərbaycanda klub adını və iddiasını dəyişdi, büdcə xeyli böyüdü

MOİK adı kimi, iddiasını da dəyişib.

Növbəti mövsümdən «Ordu» olaraq I Liqada yarışacaq klub daha burada yerini qorumaq uğrunda mübarizə aparmayacaq.

«Hərbiçilər»in yeni rəhbərliyi komandanın qarşısına Premyer Liqaya vəsiqə qazanmaq tələbi qoyub.

Sözdən əmələ keçən yönətim I Liqa çapında yüksək büdcə ayırıb. «Ordu» 700 min manat büdcəylə yarışa qoşulacaq.

Müdafiə Nazirliyinin tabeliyində olan klub baş məşqçisini dəyişib. Orxan Səfiyaroğlu ilə yanaşı, köməkçiləri iş yerindən kənarlaşdırılıb.

Bundan sonra kollektivin başında İlham Yədullayev dayanacaq. O, «Ordu» ilə yanaşı, U-18 yığmasında da çalışacaq.

Yeni sükançı ilə birillik müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti