Azərbaycan futbolunda növbəti sürpriz baş məşqçi İSTEFASI

24 İyun 17:00 I Divizion 976
Azərbaycan futbolunda növbəti sürpriz baş məşqçi İSTEFASI

"Baku Sportinq"də Elman Sultanov dönəmi başa çatıb.

Buzovna təmsilçisi 51 yaşlı mütəxəssislə yolların ayrılmasına qərar verib.

Sultanov 2023-cü ildən bu klubu çalışdırırdı.

Onun rəhbərliyi altında komanda 2023/24 sezonunda İkinci Liqanın çempionu olaraq Birinci Liqaya vəsiqə qazana bilmişdi.

"Baku Sporting" başa çatan mövsüm 28 xalla 10 komanda arasında liqanı 8-ci sırada tamamlayıb.

Bu ayrılığın ən təəccüblü tərəfi odur ki, Bakı klubu təcrübəli mütəxəssislə bir neçə ay əvvəl 6 illik yeni müqavilə imzalamışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!