Sabiq "Xəzər Lənkəran"lı ilə bağlı YENİ QƏRAR

21 İyun 2025 17:00 I Divizion 1 830
Sabiq "Xəzər Lənkəran"lı ilə bağlı YENİ QƏRAR

I Liqa təmsilçisi MOİK-də baş məşqçi ayrılığın yaşanmasını xəbər vermişdik.

Mart ayından “Hərbçilər”i çalışdıran Orxan Səfiyaroğlu tutduğu postdan ayrılıb.

Amma gənc mütəxəssis ordu klubunu tərk etməyib.

O, yeni baş məşqçi İlham Yadullayevin köməkçisi kimi işinə davam edəcək.

AZAL, “Simurq”, “Xəzər Lənkəran”, “Səbail” kimi klublarda oynamış Orxan Səfiyaroğlu daha əvvəl də MOİK-də köməkçi-məşqçi vəzifəsində çalışıb.

Aşağı liqa təmsilçisinin baş məşqçisi Qəzənfər Abbasov apreldə istefa verincə, onun müvəqqəti olaraq təyinatı gerçəkləşmişdi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!