Premyer Liqada çalışan məşqçi Birinci Liqa klubunda - SON DƏQİQƏ

19 İyun 19:40 I Divizion 1 330
Premyer Liqada çalışan məşqçi Birinci Liqa klubunda - SON DƏQİQƏ

"Difai"nin yeni mövsüm hansı baş məşqçi ilə yola çıxacağı dəqiqləşib.

"Fədailər" Araz Bağırovla anlaşıb.

Yeni çalışdırıcı ilə 3 illik müqavilə imzalanıb.

41 yaşlı mütəxəssis son mövsümü Premyer Liqada işləyib.

O, "Kəpəz"in baş məşqçisi Azər Bağırovun əsas köməkçisi olub.

Xatırladaq ki, Birinci Liqa təmsilçisi ötən il olduğu kimi, bu sezon da çempionatda qalmağı bacarıb.

Bu mövsüm doqquzuncu yeri tutan komanda pley-off oyununda "Hypers"ə 3:1 hesabıyla qalib gələrək, liqadakı yerini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!