Nazirlik klubu millinin baş məşqçisinə tapşırıldı - SON DƏQİQƏ

09:40 I Divizion 640
Nazirlik klubu millinin baş məşqçisinə tapşırıldı - SON DƏQİQƏ

I Liqada qüvvəsini sınayan MOİK özünə yeni baş məşqçi tapıb.

Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən klubun rəhbərliyi İlham Yədullayevlə anlaşıb.

O, bu postda Orxan Səfiyarlığını əvəzləyib.

Sonuncu aprel-may aylarında sükan arxasında dayanıb.

Bu müddətdə 8 oyuna çıxan və yalnız 2 qələbə əldə edə bilən gənc mütəxəssisin işi başbilənləri qane etmədiyindən, dəyişikliyə ehtiyac duyublar. Yeni çalışdırıcı ilə 1 illik müqavilə şərtləri razılaşdırılıb.

Yədullayev MOİK-lə yanaşı, U-18 yığmasında tər tökəcək.

Martda 2008-ci il təvəllüdlülərdən ibarət komandanın başına keçən məşqçinin AFFA ilə bağladığı müqavilə 2025-ci ilin sonunadək qüvvədə qalacaq. Federasiya onun milli ilə bərabər, klubda da işləməsinə icazə verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti