
«Difai»nin yeni baş məşqçisinin adı yaxın günlərdə dəqiqləşəcək.
I Liqa klubu hazırda müxtəlif namizədləri gözdən keçirir və onların hər biriylə danışıqlar aparır.
Onların sayı 5-dir. Bu siyahıya vaxtilə Premyer Liqada işləmiş, həmçinin aşağı liqalarda iş təcrübəsi olan mütəxəssislər daxildir.
Qarabağ qazilərinin təmsilçisi mayın 28-dən bəri axtarışdadır. Həmin gün pley-off oyununda «Hypers»ə 3:1 hesabıylav qalib gələn «fədailər» çempionatda yerini qorumağı bacarıb.
Növbəti hədəf daha iddialı heyət qurmaq, yuxarı yerlər uğrunda mübarizə aparmaqdır. Namizədlərdən kim bu məsuliyyətə üstlənəcəksə, onunla da müqavilə imzalanacaq.
Son həftələrə kimi komandada bu vəzifəni Aydın Qasımov yerinə yetirib. O, əvvəlkitək «Difai»də qalacaq. Məşqçi korpusuna daxil olan Əyyub Əliyev, Tural Lətifov və Kərim Diniyev öz istəyi ilə kollektivdən ayrılıb.
SPORTİNFO.AZ