
I Liqanın yeni iştirakçılarından olan «Şəfa»da maliyyə çatışmazlığı yaranıb.
Bu barədə komandadan saytımıza məlumat verilib.
Redaksiyamıza daxil olan informasiyaya görə, klub rəhbərliyi transfer büdcəsini azaldıb.
Bu səbəbdən yeni alınan və alınacaq futbolçuların əməkhaqlarına məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, yüksək ödənişli oyunçuların bir neçəsi ilə yolların ayrılması gündəmə gəlib. Söhbət Amil Yunanovla yanaşı, Tərlan Quliyev, Zahid Mərdanov, Emin Zamanov və digərlərindən gedir.
Ümumiyyətlə, bu kimi işlərə nəzarət qeyri-rəsmi olaraq Əfran İsmayılova tapşırılıb. Hazırda «Araz-Naxçıvan»da Elmar Baxşıyevin köməkçisi işləyən mütəxəssis «Şəfa»da de-fakto bir nömrəli idarəçi səlahiyyətlərini yerinə yetirir.
Komandaya aid bütün məsələlərə bir nömrəli cavaödeh odur. Sponsorlar onlarla yaxın dostluq münasibətlərində olan İsmayılova geniş səlahiyyətlər verib.
Belə deyək, artıq burada əsas söz sahibidir. Dediyi hər şey qanundur, digərləri sadəcə, onu icra etməlidir.
Baş məşqçi də daxil, hər kəs atacaqları addımı əvvəlcə onunla müzakirə etməli, yalnız razılığını alandan sonra hərəkətə keçməlidirlər.
SPORTİNFO.AZ