
2025-ci ilin yanvarından ASTA-nın himayəsi altına keçən «Mingəçevir»də gözlənilməz hadisələr yaşanmaqdadır.
I Liqada mübarizə aparan klubdan bununla bağlı redaksiyamıza şikayət daxil olub.
Saytımıza verilən məlumata görə, sponsor artıq 3 aya yaxındır ki, maliyyə öhdəliklərini yerinə yetirmir: «Biz axırıncı dəfə martda pul üzü görmüşük.
O tarixdən bəri maaşlarımız ödənilmir. Nə futbolçular pulunu ala bilir, nə də məşqçilər. Baş məşqçi Füzuli Məmmədov bir neçə dəfə ASTA-nın adamlarıyla əlaqə saxlayıb.
Baş məşqçiyə deyiblər ki, büdcədə pul yoxdur, gözləyin. Hamımız narahatıq. Komandada işləyənlər quru maaşa baxır.
Futbolçulara mükafat deyilmişdi, o da olmadı. Uşaqlar bu beş ayı mükafatsız oynadı və yenə sağ olsunlar, çempionatı dördüncü yerdə başa vurdular».
SPORTİNFO.AZ