Dörd aya 26 qol vuran hücumçudan İMTİNA OLUNDU

4 İyun 14:40 I Divizion 2 796
Dörd aya 26 qol vuran hücumçudan İMTİNA OLUNDU

Mövsümün ikinci hissəsini «Şəfa»da keçirmiş Amil Yunanov gözləmədiyi situasiya ilə üzləşib.

II Liqada 4 ay ərzində 26 qol vurmağı bacarmış hücumçu daha Elgiz Kərəmlinin yeni sezonla bağlı planlarında yer almır.

«Şəfa»nı çempion etməyi bacarmayan baş məşqçi komiandanın ən qolçu ismindən I Liqada yararlanmaq niyyətində deyil.

Bununla bağlı «Qəbələ»nin yetirməsinə xəbərdarlıq olunub.

Vaxtilə Premyer Liqada bir neçə klubun formasını geyinmiş ön xətt oyunçusu isə hələ 1 illik müqaviləsinin qüvvədə olmasını əsas gətirərək, düşərgəni dəyişmək təklifini geri çevirib.

SPORTİNFO.PZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu