Liqada yerini qoruyan komandada 3 məşqçi ilə yollar ayrıldı

2 İyun 15:00 I Divizion 1 667
Liqada yerini qoruyan komandada 3 məşqçi ilə yollar ayrıldı

Ardıcıl ikinci mövsümdə I Liqada yerini qorumağı bacaran «Difai»dən yeni xəbər var.

«Fədailər»in 3 məşqçi ilə əməkdaşlığı başa çatıb.

Kərim Diniyev, Tural Lətifov və Əyyub Əliyev öz istəyi ilə klubdan ayrılıb.

Son 3 ayda baş məşqçi səlahiyyətlərini yerinə yetirmiş Aydın Qasımovun taleyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.

Qarabağ qazilərinin təmsilçisi ötən il olduğu kimi, bu sezon da çempionatda doqquzuncu yeri tutub.

Komanda pley-off oyununda «Hypers»ə 3:1 hesabıyla qalib gələrək, liqadakı yerini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti