
Bu gün I Liqaya vəsiqə uğrunda pley-off matçı keçirilib.
Sportinfo.az xəbər verir ki, Bayıl qəsəbəsində yerləşən «ASCO Arena»da təşkil olunan qarşılaşmada «Difai» ilə «Hypers» üz-üzə gəlib.
«Fədailər» I Liqada 9-cu yeri tutub. Quba təmsilçisi isə II Liqada dördüncü pilləni ələ keçirib.
Bir oyundan ibarət pley-off «Difai»nin üzünü güldürüb.
Aydın Qasımovun çalışdırdığı komanda rəqibini 3:1 hesabıyla üstələyib və I Liqada yerini qoruyub.
“Difai” – “Haypers Quba”3:1
Qollar: Xəyal Bədirov, 6, Ceyhun Muxtarlı, 51, Fərid Kərimzadə, 88 - İlqar Ələkbərov, 90+3
Bayıl. "ASCO Arena”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Tural Qurbanov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov