I Liqaya vəsiqə uğrunda pley-off oyunu FİFA referisinə tapşırıldı

27 May 12:40 I Divizion 414
I Liqaya vəsiqə uğrunda pley-off oyunu FİFA referisinə tapşırıldı

I Liqaya vəsiqə uğrunda "Difai" və "Hypers Guba" arasında baş tutacaq pley-off görüşünün təyinatları açıqlanıb.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov ömək edəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

VAR hakimi Rauf Cabarov, AVAR isə Namiq Hüseynov olacaq. Hakim-inspektor Zöhrab Qədiyev, AFFA nümayəndəsi Zaur Hacı-Məhərrəmovdur.

Görüş mayın 28-də "ASCO Arena"da, saat 16:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti