I Liqada pley-offun nominal meydan sahibi bilindi

26 May 16:20 I Divizion 540
I Liqada pley-offun nominal meydan sahibi bilindi

Azərbaycan I Liqasında pley-offun nominal meydan sahibi müəyyənləşib.

Sportinfo.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə keçirilən mərasimdə PFL-in, “Difai” və “Hypers Guba”nın nümayəndələri iştirak edib.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin baş mütəxəssisi Elvin Yaqubov, “Difai”nın prezidenti Asəf Məlikov, “Hypers Guba”nın prezidenti Ayaz Abdullayev ilə təmsil olunub. Püşkatmaya əsasən “Difai” nominal meydan sahibi olub.

I Liqa uğrunda pley-off qarşılaşması mayın 28-də “ASCO Arena”da keçiriləcək. Matç saat 16:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti