Premyer Liqada iştirak edəcək klubun yeni baş məşqçisini tanısaz, biləcəksiz ki… Kimdir o?

11:40 I Divizion 553
Premyer Liqada iştirak edəcək klubun yeni baş məşqçisini tanısaz, biləcəksiz ki… Kimdir o?

Premyer Liqaya vəsiqə qazanan «İmişli»nin baş məşqçi dəyişikliyinə hazırlaşmasından xəbərdarsız.

Fərid Namazovla yola davam etmək istəməyən I Liqanın gümüş medalçısı xaricə üz tutub.

Kristiano Souza bu niyyətlə Azərbaycana dəvət olunub.

Tam adı Kristiano Alberto Duraes de Souza olan portuqaliyalı dünən komandanı iş başında görüb. «İmişli» I Liqanın 27-ci tur çərçivəsində Şamaxıda «Difai»nin önünə çıxıb və səfərdə 3:1 hesablı qələbə qazanıb.

O. bura tək gəlməyib. Jorge Kasquila da onunla bərabərp olub. Sözügedən şəxs onun əsas köməkçisi sayılır.

Kristiano Souza 43 yaşındadır. Son olaraq Çexiyada çalışıb. Üçüncü liqada mübarizə aparan «Znojmo»da işləyib.

Məşqçi həyatına 2013-cü ildə başlayan mütəxəssis bu işə «Moreyrense»də «bismillah» eləyib.

Daha sonra «Leyxos Leyra», «Akadémiko Viseu», «Uniao Madeyra», «Jil Visente», «KCova Pyedade» və «Trofense»də gün keçirib.

Maraqlıdır ki, tez-tez klub dəyişməsinə rəğmən, o, yalnız «B» kateqoriyasına malikdir.

Bu da qəribədir ki, Souzadan fərqli, yardımçısı Jorge Kasquila cibində «Pro» lisenziyası gəzdirir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti