Liqanın son iştirakçısı bu iki komandadan biri olacaq

02:20 I Divizion 79
Liqanın son iştirakçısı bu iki komandadan biri olacaq

2025/26 mövsümündə I Liqada çıxış etmək uğrunda pley-off oyununun vaxtı açıqlanıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, bu mövsüm I Liqada 9-cu yeri tutmuş klubla II Liqada 4-cü olmuş komanda 28 may saat 16:00-da "ASCO Arena"da pley-off oyununda üz-üzə gələcəklər.

Bununla əlaqədar mayın 26-da (bazar ertəsi) saat 11:00-da AFFA-nın inzibati binasında görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq.

2025/26 mövsümündə 2-ci liqada iştirak etmək uğrunda pley-off oyunu ilə bağlı daha sonra məlumat veriləcəyi bildirilib.

II Liqada dördüncü yeri "Hypers Quab" tutub. I Liqanın 9-cusu isə “Difai” olub.

Digər Xəbərlər
Xəbər Lenti
23 May 11:00 Bir-bir gəlin!