Bölgə klubunun mənasız DİRƏNİŞİ

26 May 23:40 I Divizion 381
Bölgə klubunun mənasız DİRƏNİŞİ

Futbol ictimaiyyəti illərdi bölgə klublarının elitada olmasının vacibliyini vurğulayır.

Bu səbəbsiz deyil.

Minlərlə səbəb saymaq olar.

Hər kəsə məlum olduğu üçün saqqız kimi uzatmaq fikrim yoxdur.

Amma bu gün həmin bölgə klublarından biri olan "Karvan"ın Premyer Liqaya qayıdışı hər kəsi narahat edir.

Səbəb klub rəhbərliyinin Yevlax şəhər stadionun təbii örtüyünü süni ilə əvəz etmək qərarıdır.

Bundan klublar narazıdır, azarkeşlər narazıdır.

Mediada müxtəlif səpkidə tənqidi yazılar yazılır.

Ki, bəlkə region klubun rəhbərliyi fikrindən vaz keçər.

Futbolun sürətinə xələl gətirən, çoxsaylı zədələrə yol açan süni meydan həvəsindən imtina edər.

Təəssüf ki, əvəzində tam tərs mənzərə ilə üz-üzəyik.

Yazılanlar, danışılanlar klub rəhbərliyinin vecinə də deyil.

Bu cür təfəkkür uğur gətirə bilməz.

Kütlənin ziddinə getmək olmaz.

Haqlı tənqidlərdən, məntiqli fikirlərdən dərs çıxarmaq lazımdır.

"Mənə belə xoşdur" düşüncəsi futbolda keçərli deyil.

Gərək ki, bu cür sadə həqiqəti "Karvan" rəsmiləri də qəbul etsin.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti