Bölgə klubunun dəvət etdiyi əcnəbi məşqçilər ölkəmizdə - SON DƏQİQƏ

23 May 16:40 I Divizion 2 940
Bölgə klubunun dəvət etdiyi əcnəbi məşqçilər ölkəmizdə - SON DƏQİQƏ

19 ildən sonra Premyer Liqaya qayıdan "İmişli"nin baş məşqçi postunda dəyişiklik edəcəyini həftələr öncədən xəbər vermişdik.

Klub rəhbərliyi yeni çalışdırıcı ilə elitaya start verməyi düşünür.

Namizədlər arasında yer alan bütün adlar isə yalnız əcnəbilərdən ibarətdir.

Rəsmilər bir neçə legioner mütəxəssislə təmasa keçiblər.

Artıq danışıqların yekun mərhələyə çatdığını deyə bilərik.

Təxminən 10-a yaxın legioner məşqçi arasından sona portuqaliyalı çalışdırıcı qalıb.

Haqqında bəhs etdiyimiz əcnəbi mütəxəssislər artıq ölkəmizdədir.

Onlar hazırda keçirilən "Difai" - "İmişli" görüşünü arenadan izləyərək öz qeydlərini aparırlar.

Xatırladaq ki, hazırda Aran təmsilçisinin baş məşqçisi Fərid Namazovdur.

Əlavə edək ki, aran təmsilçisi Birinci Liqada mövsümünü sona çatmasına 1 tur qalmış 49 xalla ikinci sırada yer alır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Dekabr 18:10 Çək və bizə göndər!