
I Liqada legioner limiti növbəti mövsümdən etibarən dəyişəcək.
Bu barədə AFFA-dan saytımıza bildirilib.
Federasiyadan verilən məlumata görə, limitin sayı ilə bağlı bir müddətdir müxtəlif təkliflər gözdən keçirilir. Və böyük ehtimalla, bu, 7+4 olacaq. 8+3 və 6+5 variantları bir qədər arxa plana keçib.
Məsələ İcraiyyə Komitəsinin qarşıdakı toplantısında müzakirəyə çıxarılacaq.
Hazırda I Liqada komandalar əcnəbi futbolçulardan məhdud sayda istifadə edir. Onlar ilk «11-lik»də yalnız 3 xaricinin xidmətindən yararlana bilirlər.
Limitin dəyişdirilməsi Premyer Liqaya hazırlıq məqsədi daşıyır.
Üzümüzə gələn «futbol ili»ndən pley-off oyunları təşkil olunacağından, federasiya aşağı liqa təmsilçilərinin elita nümayəndələri ilə dueldə o qədər də zəif görünməsini istəmir.
SPORTİNFO.AZ