“Komandadakı futbolçuların bir çoxunun baş məşqçidən zəhləsi gedir, qalmasını istəmirik”

14:00 I Divizion 275
“Komandadakı futbolçuların bir çoxunun baş məşqçidən zəhləsi gedir, qalmasını istəmirik”

I Liqada yerini qoruyan «Mingəçevir» çətin situasiya ilə üzləşib.

Bu barədə saytımıza komandadan məlumat verilib.

Redaksiyamızla əlaqə saxlayan futbolçular yeni müqavilə bağlamaq istəmədiklərini bildirib. Onların dediyinə görə, bu, birbaşa Füzuli Məmmədovla bağlı problemlə əlaqədardır:

«Komandadakı uşaqların bir çoxunun ondan zəhləsi gedir. Füzuli baş məşqçi postunda qalsa, qalmaq istəyən az olacaq.

Pis insandır o. Ağzının danışığını bilmir.

İki-çü ay əvvəl təqvimı qoymuşuq qabağımıza, gün sayırıq. Hər gün təqvimdən bir səhifəni cırıb atırıq ki, bu gün belə getdi.

Füzulinin özünə deyilib ki, sənə görə burada qalmaq istəmirik. Neçə nəfər müqaviləni uzatmaqdan imtina eləyib.

Rəhbərliyə də söyləmişik ki, baş məşqçini dəyişin, müqaviləni uzadaq. Hamımız özümüzə görə insanıq.

Füzuli nə özünə, nə də bizə bir insan kimi hörmət qoyur. Onun problemləri var.

Daim gərgindir. Biz bunu dəfələrlə hiss etmişik».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti