
Bu gün I Liqada 26-cı tura yekun vurulub.
Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 4 matç keçirilib.
2-ci yerdəki "İmişli" "Bakı Sportinq"lə, 3-cü pillədəki "Karvan" isə "Qaradağ Lökbatan"la qarşılaşacaq.
"İmişli" "Bakı Sportinq"lə oyunda qələbə qazanaraq 2-ciliyi təmin edə bilərdi. Buna "Karvan"ın öz oyununda 2:2 hesablı heç-heçə etməsi də şərait yaratmışdı.
Lakin İmişlidə keçirilən görüş qolsuz bərabərliklə başa çatıb. Bununla da 2-ci və 3-cü pillələrin taleyi son - 27-ci turda həll olunacaq.
Bu gün həmçinin "Difai" "Cəbrayıl"la, MOİK "Mingəçevir"lə üz-üzə gəlib.
"Qəbələ" çempionluq qazanıb. Əyalət təmsilçisi ilə yanaşı, "İmişli" və "Karvan" növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.
Həmçinin "Qaradağ Lökbatan"ın turniri sonuncu yerdə başa vuracağı dəqiqləşib.
“Difai” – “Cəbrayıl” 1:1
Qollar: F.Kərimzadə, 59 – S.Əliyev, 80 - avtoqol
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov
Şamaxı OİK stadionu
“İmişli” – “Baku Sporting” 0:0
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Zakir Şükürzadə, Sənan Bayramzadə
Heydər Əliyev adına İmişli şəhər stadionu
MOİK – “Mingəçevir” 1:3
Qollar: İ.Əliyev, 66 - pen. – N.Əliyev, 14; A.Nəsibov, 33; A.Usman, 82
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Anar Bədəlov, Şamil İmanzadə
Binə qəsəbə stadionu
“Karvan” – “Qaradağ Lökbatan” -:2
Qollar: E.Morgan, 50; E.Qasımov, 74 – T.Mütəlimov, 10; T.Əmircanov, 45 - pen.
Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev
Yevlax şəhər stadionu