
Bu gün I Liqada 26-cı tura yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, son oyun günündə 4 matç keçiriləcək.
İkinci yerdəki "İmişli" "Bakı Sportinq"lə, 3-cü pillədəki "Karvan" isə "Qaradağ Lökbatan"la qarşılaşacaq.
"İmişli" "Bakı Sportinq"lə oyunda qələbə qazanarsa, "Karvan" isə öz oyununda heç-heçə edərsə və ya uduzarsa, birincilər artıq gümüç medala yiyələnəcək. Əks-haılda 2-ci və 3-cü pillələrin taleyi son - 27-ci turda həll olunacaq.
Bu gün həmçinin "Difai" "Cəbrayıl"la, MOİK "Mingəçevir"lə üz-üzə gələcək. Hər iki görüş çempionatda yerini qorumaq baxımından əhəmiyyətlidir.
Liqada "Qəbələ" çempionluq qazanıb. Əyalət təmsilçisi ilə yanaşı, "İmişli" və "Karvan" növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib.
“Difai” – “Cəbrayıl”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, İslam Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı OİK stadionu
“İmişli” – “Baku Sporting”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Baxşıyev, Zakir Şükürzadə, Sənan Bayramzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Heydər Əliyev adına İmişli şəhər stadionu
MOİK – “Mingəçevir”
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Anar Bədəlov, Şamil İmanzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Binə qəsəbə stadionu
“Karvan” – “Qaradağ Lökbatan”
Hakimlər: Mahmud Bağırzadə, Nurlan Əhmədzadə, Rasim Axundov, Ruslan Quliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Yevlax şəhər stadionu