Bu rayonda qonaqları evə necə “yola saldılar”? - VİDEO

16 May 08:20 I Divizion 447
Bu rayonda qonaqları evə necə “yola saldılar”? - VİDEO

I Liqada 26-cı tura start verilib.

Sportinfo.az xəbər verir ki, çempionluğu təmin etmiş "Qəbələ" doğma meydanda "Zaqatala"nı qəbul edib.

Qarşılaşma "qırmızı-qaralar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsəndə "Qəbələ" xallarını 64-ə yüksəldib. 34 xalı olan "Zaqatala" isə 4-cü yerdədir.

"Qəbələ" - "Zaqatala" 4:0

Qollar: Domi Massumo, 29; 54; Abdullahi Şuaybu, 39; Elşad Tağıyev, 80
Qəbələ şəhər stadionu. 350 tamaşaçı
Baş hakim: Emin Əliyev
Baş hakimin köməkçiləri: Orxan İbişov, Rizvan Süleymanov
Dördüncü hakim: Nəriman Ağayev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Sarı vərəqələr: Şahin Şahniyarov, 35 (qeyri-idman hərəkəti); Elvin Yunuszadə, 47 (qeyri-idman hərəkəti); Ruslan Voronsov, 59 (qeyri-idman hərəkəti) // Roini İsmayılov, 59 (qeyri-idman hərəkəti); Sərxan Abdullayev, 81 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - yoxdur.

“Qəbələ”
1. Səlahət Ağayev
32. Elvin Yunuszadə
28. Murad Musayev (k)
9. Ruslan Voronsov
(97. Elşad Tağıyev, 60)
8. Urfan İsmayılov
(6. Emil Süleymanov, 76)
13. Nicat Əliyev
19. Abdullahi Şuaybu
74. Süleyman Damadayev
14. Domi Massumo
(21. Ziya Şəkərxanov, 76)
66. Nuğay Rəşidov
(44. Salman Ələsgərov, 85)
10. Şahin Şahniyarov
(11. Asif Məmmədov, 60)
Ehtiyat oyunçular:
12. Müşfiq Nadirov
94. Həbib Hüşənov
22. Fərid İsgəndərov
5. Samir Həsənov
25. İbrahim Ramazanov
26. Elnur Mustafayev
Baş məşqçi: Kaxaber Tsxadadze

“Zaqatala”
1. İvan Markov
9. Asim Babazadə
77. Sərxan Abdullayev
8. Roini İsmayılov (k)
(19. Yusif Dilanov, 69)
55. Mətin Qəhrəmani
14. Davud Mahmudov
(11. Aşqin Abazərov, 46)
27. Mahmud Məmmədov
99. Cəlal Cəbrayılov
24. Cavad Qurbanlı
20. Nemət Şıxəmirov
15. Jan Pol Assumu
(17. Stenli Okezi, 73)
Ehtiyat oyunçular:
66. Sərdar Sərdari
44. İbrahim Məmmədov
Baş məşqçi: Rüstəm Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
19 İyun 18:10 Çək və bizə göndər!