
I Liqanın qalibi olan “Qəbələ” mükafatlandırılıb.
Sportinfo.az xəbər verir ki, tədbir 26-cı turda “Zaqatala” ilə oyundan (4:0) sonra Qəbələ şəhər stadionunda gerçəkləşib.
İlk olaraq oyunçulara medallar təqdim edilib. Ardınca komandaya kubok verilib.
Mükafatları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.
“Qəbələ” cari mövsümün başa çatmasına 1 tur qalmış 64 xalla turnir cədvəlinə başçılıq edir.