Prezident açıqlama verdi - Komanda “ev”in qapısını nə vaxt açacaq?

16:00 I Divizion 442
Prezident açıqlama verdi - Komanda “ev”in qapısını nə vaxt açacaq?

Bilindiyi kimi, Ağsu şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FİFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.

FİFA tərəfindən verilmiş bu keyfiyyət nişanı arenada beynəlxalq oyunların keçirilməsinə imkan verir.

I Liqada çıxış edən "Difai" Ağsunun təmsilçisidir. Futbol qurğusunda aparılan yenidənqurma işləri üzündən "fədailər" son 1,5 ildə burada cəmi 1 oyun keçirə bilib.

2023-cü ilin oktyabrında təmirə bağlanan stadion sonuncu dəfə ötən ilin mayında qapılarını komandanın üzünə açıb. "Difai" həmin matçda "Zaqatala" ilə 1:1 oynayıb.

Qarabağ qazilərinin yaratdığı kollektiv bu müddətdə Şamaxıda məskunlaşıb.

UEFA pul ayırdı, AFFA-nı 3 ay

Əgər keçən sezon AFFA-ya məxsus olan və "Şamaxı"nın ev oyunlarını keçirdiyi arenadan istifadə edirdilərsə, hazırda Şamaxı Olimpiya Kompleksinin meydançasından yararlanırlar.

Bu "köçkün həyat" nə vaxt başa çatacaq. Klubun prezidenti Asəf Məlikov Sportinfo.az-a açıqlamasında bu haqda danışıb:

"Ağsu şəhər stadionunun hazır olması bizi çox sevindirdi. Ötən ilin sentyabr ayında orada əsas işlər yekunlaşıb.

Yalnız bəzi nöqsanlar səbəbindən stadiona FİFA sertifikatı verilmirdi. Artıq çatışmazlıqlar aradan qaldırılıb və biz Peşəkar Futbol Liqasına müraciət etmişik.

Bildirmişik ki, mövsümün son iki ev oyununu öz stadionumuzda, doğma azarkeşlərimizin qarşısında keçirtmək istəyirik.

Xatırlayırsızsa, "Mingəçevir" stadionda aparılan yenidənqurma işləri ilə əlaqədar ev oyunlarını Zaqatala Olimpiya İdman Kompleksində keçirirdi.

Bizimlə qarşılaşmadan öncə ehtiyat meydançanı hazır etdilər və ev oyunlarının yeri yenidən dəyişdirildi. Düşünürük ki, eyni yanaşma bizim üçün də keçərli olacaq".

Digər Xəbərlər
Xəbər Lenti