Baş məşqçinin qəribə qadağası nə ilə bağlı imiş?

17:00 I Divizion 251
Baş məşqçinin qəribə qadağası nə ilə bağlı imiş?

"Baku Sportinq"in baş məşqçisi Elman Sultanov olduqca qəribə qadağa tətbiq edib.

I Liqada ilk mövsümünü keçirən komandanın çalışdırıcısı köməkçilərinə texniki zonada əyləşməsinə yasaq qoyub.

Onun göstərişinə əsasən, onlar oyun vaxtı tribunada əyləşməlidir.

Başverənlərlə bağlı Buzovna klubunun mətbuat xidmətinin rəhbəri Araz Əhmədov Sportinfo.az-a açıqlama verib:.

"Baş məşqçinin köməkçiləri barədə hər hansı qadağası yoxdur. Bu qərar məşqçilərin öz seçimidir.

Məsələn, qapıçı məşqçisi Toğrul Əhmədov qapıçıya daha yaxın yerdə dayanır ki, tapşırıqlarını rahat verə bilsin. Eynən də köməkçi məşqçilər".

Buzovna təmsilçisi çempionatın son 6 turunda məğlubiyyətlə üzləşib. Qəsəbə komandası 25 tura topladığı 26 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti