
"Karvan" Premyer Liqada ev oyunlarını doğma meydanda keçirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə “report”a açıqlamasında I Liqada çıxış edən Yevlax təmsilçisinin baş məşqçisi Kənan Kərimov məlumat verib.
O, Yevlax şəhər stadionunda ot örtüyünün dəyişdirilicəyini və başqa təmir işləri aparılacağını bildirib:
“Çox güman, çempionat bitdikdən sonra meydana süni örtük salınacaq. Premyer Liqada ev oyunlarını doğma meydanda keçirəcəyik.
Hazırda ən böyük problem ot örtüyü ilə bağlıdır. Təbii ki, paltardəyişmə otaqlarında və başqa yerlərdə də təmir işləri aparılacaq.
Oturacaqların durumu normaldır, ümumiyyətlə, heç bir qəzalı vəziyyət yoxdur.
Gələcəkdə oturacaqların da hissə-hissə dəyişdirilməsi planlaşdırılır. Ot örtüyünün süniyə dəyişdirilməsi ən azı bir ay vaxt tələb edir.
Təbii ki, ot örtüyünə qulluq etmək üçün işçilər və texniki vasitələr də ayrılacaq”.