
Bu gün I Lliqada 25-ci tur başlayıb.
Sportinfo.az xəbər verir ki, ilk günə 2 oyun nəzərdə tutulub.
Artıq çempionluğu rəsmiləşdirən "Qəbələ" 8-ci yerdəki "Cəbrayıl"ı qəbul edib. 7-ci sıradakı "Bakı Sportinq" isə evdə 9-cu pillədəki "Difai" ilə qarşılaşıb.
"Qəbələ" ilə yanaşı, "İmişli" və "Karvan" da növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin ediblər.
“Qəbələ” – “Cəbrayıl” 3:1
Qollar: D.Massumo, 39, 80; U.İsmayılov, 60 – T.Qarayev, 78
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Qəbələ şəhər stadionu
“Bakı Sportinq” – “Difai” 1:2
Qollar: E.Abdullayev, 69 – A.Atakişiyev, 86; X.Məmmədli, 90+1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Binə qəsəbə stadionu
9 may (cümə)
“Qaradağ Lökbatan” – MOİK
“Zaqatala” – “Karvan”
“Mingəçevir” – “İmişli”