.jpg)
I Liqa yarışmasçıları yardım paketinin artırılmasına ümid etməsin. AFFA bu konteksdə onları sevindirə bilməyəcək.
Saytımızın federasiyadan əldə etdiyi məlumata görə, növbəti mövsümdə belə bir artım gözlənilmir.
SOCAR vasitəsilə ayrılan vəsait olduğu kimi qalacaq. Yəni, klublar ötən iki sezondakı kimi, illik 300 min manat almaqla kifayətlənəcək.
İcraiyyə Komitəsinin aprelin 11-də keçirilən iclasında Premyer Liqa iştirakçılarını üzən müzakirələr aparılıb.
Elitada çıxış edən klubların sayı 10-dan 12-yə çatdırıldığından, onlara çatmalı olan vəsaitin ümumi həcminin azaldılması istənilib.
Başqa sözlə, 3 milyon manatlıq illik dotasiya 2,5 milyon manata endiriləcək.
SPORTİNFO.AZ