“Üç komandanın Premyer Liqaya buraxılacağı əvvəldən bilinsəydi...”

20:40 I Divizion 466
“Üç komandanın Premyer Liqaya buraxılacağı əvvəldən bilinsəydi...”

“Qəbələ”nin futbolçusu Murad Musayev maraqlı açıqlama ilə diqqət çəkib.

I Liqanın qalibi adını qazanan əslən Zaqataladan olan müdafiəçisi Sportinfo.az-a doğma rayonunun eyniadlı komandası barədə danışıb.

Musayev AFFA İcraiyyə Komitəsinin elitaya vəsiqə qazanan komandalarla bağlı qərarının “Zaqatala”nın planlarına daxil olmadığını gizlətməyib:

“I Liqadan Premyer Liqaya üç komandanın vəsiqə qazanacağı ilə bağlı qərar qış fasiləsindən sonra dəqiqləşdi. Çempionatın əvvəlində bilinmirdi axı.

Düzdür? Qərar mövsümün startı ərəfəsində verilsəydi, sizi inandırım, “Zaqatala” ilk “3-lük” uğrunda mübarizə aparıb, ən yaxşıların arasında yer ala bilərdi.

Daha yaxşı transferlər edib, mükafatçı yerlər uğrunda mübarizə aparardı.Çempionat başlamamış hamı elə bilirdi elitaya bir komanda yüksələcək, o da böyük ehtimalla “Qəbələ” olacaq.

Çünki imkan və şərait baxımından “Qəbələ” digərlərini üstələyir. Əvvəldən bilinsəydi ki, üç komandaya Premyer Liqa imkanı yaradılacaq, digərləri də iddiasını artırardı.

Onlardan biri də “Zaqatala” olardı. Fikrimcə, növbəti mövsüm üçün yaxşı heyət qurub çempionluq uğrunda mübarizə aparmaq mümkündür”.

I Liqada 24 turdan sonra aktivinə 31 xal yazdıran “Zaqatala” 4-cü pillədə yer alıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti