"Qəbələ" Yevlaxda uduzdu, "İmişli" və "Zaqatala" qələbə qazandı

01:00 I Divizion 144
"Qəbələ" Yevlaxda uduzdu, "İmişli" və "Zaqatala" qələbə qazandı

I Liqada 24-cü tur yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, 2-ci - sonuncu oyun günündə 3 matç keçirilib.

"İmişli" "Qaradağ Lökbatan"ı qəbul edib. "Zaqatala" MOİK-lə üz-üzə gəlib. Turun mərkəzi oyunu isə Yevlaxda olub. Burada "Karvan" "Qəbələ" ilə qarşılaşıb.

"Qəbələ" artıq çempionluğu, "Karvan" və "İmişli" Premyer Liqaya vəsiqəni təmin ediblər.

"İmişli” – “Qaradağ Lökbatan” 3:1

Qollar: İ.İnqilablı, 56; O.Timilehin, 65; S.Fərəcov, 90+1 – N.Novruzov, 75

Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Sənan Bayramzadə

Heydər Əliyev adına İmişli şəhər stadionu

"Zaqatala” – MOİK 1:0

Qol: R.İsmayılov, 57

Qırmızı vərəqə: Ə.Ələkbərli, 90+3 (MOİK)

Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Anar Bədəlov, Əkbər Əhmədov

Zaqatala OİK stadionu

“Karvan” – “Qəbələ” 2:0

Qollar: E.Qasımov, 62; E.Morqan, 80

Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Samir Qaracayev, Niyaz Əhmədov

Yevlax şəhər stadionu

1 may (cümə axşamı)

“Cəbrayıl” – “Bakı Sportinq” - 2:1

“Difai” – “Mingəçevir” - 1:4

Digər Xəbərlər
Xəbər Lenti