
I Liqada mövsümə yekun vurulub.
Çempionatda qalmaq mücadiləsi verən "Difai" Şamaxıda "İmişli"ni qəbul edib.
Hesab erkən açılı. Muhammed Alfanın ötürməsi ilə zərbə mövqeyinə çıxan Seymur Rəhimov 8-ci dəqiqədə baxımlı qola imza atıb.
Bundan sonra oyunun axarı dəyişib, açıq oyun gedib. Qapılar önündə təhlükəli vəziyyətlər bir-birini əvəz edib.
«İmişli» böyük qüvvə ilə irəli atılıb və əsas üstünlüyü cinah keçidlərinə verib. Standart vəziyyətlər - qonaqlar bundan da faydalanmağa çalışıb. Və bu, onların işinə yarayıb.
Fərid Namazovun çalışdırdığı komanda həm hesabı bu yolla bərabərləşdirib, həm də ikinci qolu vurub. 85-ci dəqiqədə isə Xəyal Bəşirov yekun nöqtəni qoyub.
Sahib Həsənovu oyunun qəhrəmanı da saymaq olar, antiqəhrəmanı da. «Şamaxı»dan icarəyə götürülmüş qapıçı bir neçə qurtarışla yanaşı, hər üç qolda kobud səhvi ilə yadda qaldı.
Bütün bunları gənclər yığmasının qapıçılar üzrə məşqçisi Kamil Qafarovun gözü önündə etdi. Ayxan Abbasovun köməkçisi, təbii ki, onun çıxışından narazı qaldı.
Bu qapşılaşmanı izləyən tək Qafarov deyildi. Kristiano Souza da burada idi.
Kimdir o?
Gəlin, tanış olaq - portuqaliyalı «İmişli»nin baş məşqçi postuna əsas namizəddir. Yarıdmçısı ilə birgə Şamaxıya gəlmiş mütəxəssis 90 dəqiqənin tamamlanmasını gözləmədi. Ö
zü üçün bəzi qeydlər götürdü, final fitinin səslənməsinə az qalmış arenanı tərk elədi.
Premyer Liqaya vəsiqə qazanmış klubun rəhbərliyi də orada idi. İdarə Heyətinin sədri Kamran Eyyubov başının dəstəsi ilə tribunanın uzaq küncündə yer tutmuşdu.
Onlar portuqaliyalı cütlüyə yaxınlaşmadılar. Öz aralarında danışdılar, deyib-güldülər və getdilər.
"Difai"yə gəlincə, liqada ikinci mövsümünü keçirən kollektivin gələn mövsümü də burada keçirib-keçirməyəcəyi hələ sual altındadır.
«Fədailər»in taleyi mayın 28-də məlum olacaq. Həmin gün pley-off matçına çıxacaqlar. Bayıldakı «ASCO Arena»da rəqibləri II Liqada dördüncü yeri tutmuş «Hypers»dir.
SPORTİNFO.AZ
"Difai" - "İmişli" 1:3
Qollar: Seymur Rəhimov, 8 // Həzrət İsayev, 26; Elmir Rəhimzadə, 67; Xəlil Bəşirov, 85
Şamaxı OİK stadionu. 50 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Sənan Bayramzadə
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Qırmızı vərəqə: Gilyerme Souza, 90+4 (rəqibi aşkar qol vurmaqdan məhrum etdiyi üçün)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 5 dəq.
“Difai”
1. Sahib Həsənov
11. Fərid Kərimzadə
7. Ceyhun Muxtarlı
(32. Xəyyam Məmmədli, 69)
55. Seymur Əliyev (k)
6. Xəyal Bədirov
(44. Yaqub Yusubov, 84)
2. Seymur Rəhimov
20. Mahir Həsənov
8. Emil Quluzadə
(10. Tahir Zeynalov, 76)
9. Kristian Kamta
66. Arzu Atakişiyev
19. Muhammed Alfa
Ehtiyat oyunçular:
85. Nail Alışov
50. Qurban Hüseynov
24. Rəvan Əvəzov
5. Ömər Məmmədzadə
Məşqçi: Aydın Qasımov
“İmişli”
36. Elməddin Sultanov
(33. Andrey Sinenka, 53)
77. Elmir Rəhimzadə (k)
(99. Cavidan Qasımlı, 80)
21. Abbas Ağazadə
8. Tolqar Yaqubov
(14. Lətif Rzayev, 68)
7. Pablo Alveş
4. Gilyerme Souza
13. İdris İnqilablı
11. Seyxan Fərəcov
(9. Xəlil Bəşirov, 68)
44. Həzrət İsayev
29. Vüsal Qənbərov
32. Rəhim Cəfərli
(30. Nəbi Məmmədov, 80)
Ehtiyat oyunçular:
19. Fazil Həsənzadə
17. Firəddin Abdullayev
Baş məşqçi: Fərid Namazov