Birinci Liqa təmsilçisi MOİK-də Ölkə Kubokunun 1/8 final mərhələsində "Sumqayıt"a məğlub olduğu oyuna görə futbolçulara mükafat verilib.
Rəhbərlik "hərbiçilər"in Premyer Liqa klubu ilə oyundakı məğlubiyyətə rəğmən göstərdiyi oyundan məmnun qalıb.
Və layiqli mübarizəyə görə oyunçulara mükafat paylanıb.
Məbləğ isə 2500 manat olub. Təbii ki, Söhbət ümumi komandaya ayrılan rəqəmdən gedir.
Xatırladaq ki, məlum görüşdə əsas vaxt 1:1 bərabərliklə başa çatıb.
Yalnız əlavə vaxtda 2 qol buraxan MOİK mübarizəni dayandırmalı olub.
SPORTİNFO.AZ