Heç kim AFFA-dan bunu gözləmirdi - Klubların pulu yoxdur, dəyişməyəcək, bitdi!

11:40 I Divizion 1 063
Heç kim AFFA-dan bunu gözləmirdi - Klubların pulu yoxdur, dəyişməyəcək, bitdi!

I Liqada legioner limitinin dəyişdirilməsi nəzərdə tutulmur.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Federasiyadan redaksiamıza daxil olan informasiyaya görə, aşağı dəstədə əcnəbi oyunçulara tətbiq edilən məhudiyyətin aradan qaldırılması planlaşdırılmır. Böyük ehtimalla, bu say yenə 3 olaraq qalacaq.

Yəni ki, hər bir iştirakçı əsas heyətdə yalnız bu qədər gəlmə futbolçunu meydana buraxa bilər.

Qurum rəhbərliyi hesab edir ki, legionerlərə «yaşıl işıq» yandırılarsa, yerli gənclərin bir çoxu bu sahədən uzaqlaşmaq məcburiyyətində qalacaq.

İki ildir I Liqada eyni limit keçərlidir.

AFFA-nın araşdırmasına görə, çempionatın əksər iştirakçılarının kənardan oyunçu gətirmək gücü yoxdur və limit dəyişərsə, komandalar arasında dərin uçurum yaranacaq.

Halbuki bugünlərdə yayılan xəbərə görə, AFFA 8+3-dən 7+4-ə keçməyə hazırlaşır. Hətta məhudiyyətin tamamilə aradan qaldırılacağını iddia edənlər də az deyildi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti