COP29

Divizion klubunun prezidenti AFFA-ya 2 təklif verdi

8 İyun 2022 17:40 I Divizion 1 480
Divizion klubunun prezidenti AFFA-ya 2 təklif verdi

“AFFA I Divizionu maraqlı etmək üçün çox iş görə bilər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zaqatala”nın prezidenti Musa Qurbanov deyib.

Əyalət klubunun rəhbəri çempionatda rəqabəti gücləndirməyin iki yolunu göstərib:

“Əvvəla, Diviziona normal vəsait ayrılmalıdır. Buradakı komandaların demək olar hamısı AFFA-dan maliyyə alır.

Ötən illərdə ayrılan büdcə artıq çatmır. Həmişəki büdcə ilə çıxış etmək qeyri-mümkündür.hər şeyin qiyməti qalxıb.

Artıq futbolçular da keçən illərdə aldıqları maaşa qane olmur. Onsuz, əvvəl də Zaqatalaya gəlmək istəyən futbolçular az idi, AFFA büdcəni artırmasa, bundan sonra işimiz lap çətin olacaq.

Digər tərəfdən, AFFA növbəti mövsümdə Premyer Liqada çıxış edəcək klubların sayını 8-dən 10-a çatdırıb. Bu, çox müsbət haldır.

Istərdik, AFFA reqlamenti müəyyənləşdirsin və qayda qoysun ki, Premyer Liqada sonuncu pilləni tutan komanda Diviziona düşəcək, aşağı liqanın çempionu isə yuxarı çıxacaq.

Belə olsa, Divizionda rəqabət də yaranacaq, Premyer Liqada oynamaq istəyən gənclərin də sayı artacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
10 May 11:00 Bunu bizimlə BACAR!