
MOİK-in yeni baş məşqçisi İlham Yədullayev özünün köməkçilərinin kimliyini müəyyənləşdirib.
O, U-18 yığmasındakı köməkçilərini özüylə ordu klubuna aparıb.
Aleksandr Qross və Namiq Adilov bundan sonra həm də I Liqa təmsilçisində fəaliyyət göstərəcək.
Həmçinin qapıçılar üzrə məşqçi funksiyasını Etibar Tarıverdiyev yerinə yetirəcək.
Son iki ayda komandanın sükanı arxasında dayanmış Orxan Səfiyarloğlu da burada saxlanılıb. Gənc mütəxəssis İ.Yədullayevin yardımçısı olaraq kollektivə xidmət göstərəcək.
Bu təyinatla iki nəfər iş yerini itirib. Elnur Əliyevlə Ramin Nəsirov korpusu tərk edib.
SPORTİNFO.AZ