Premyer Liqaya gəlmək fürsəti yaxaladılar, rəhbərlik ortaya çıxdı, vəd və ziyafət verildi

22 May 22:20 I Divizion 1 004
Premyer Liqaya gəlmək fürsəti yaxaladılar, rəhbərlik ortaya çıxdı, vəd və ziyafət verildi

Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off mərhələsinin ikinci iştirakçısı müəyyənləşib.

I Liqanın sonuncu - 27-ci turunda “Səbail”i məğlub edən “Mingəçevir” “Qəbələ”yə rəqib olub.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçirilən oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb

Bu nəticədən sonra xallarının sayını 51-ə çatdıran “Mingəçevir” turnir cədvəlində ikinci sıraya yüksəlib və adını pley-offa yazdırıb. “Səbail” isə mövsümü 50 xalla üçüncü pillədə başa vurub.

Qeydə alınan nəticə “Mingəçevir“də vəziyyəti kökündən dəyişib. Aylardır ortalıqda görünməyən, maaşları ödəməyən rəhbərlik birdən-birə peyda olub.

Onlar komanda üzvləri ilə görüşərək, borcları tezliklə bağlayacaqlarını bildiriblər. Vəd ediblər ki, mövcud problem müvəqqətidir, daha belə hallar yaşanmayacaq.

Daha sonra qələbə münasibətilə şəhərin tanınmış restoranlarından birində ziyafət təşkil olunub. Qonaqlıq gecə saatlarına qədər davam edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti