Azərbaycan klubu əcnəbi hücumçusuna 100 min QİYMƏT QOYDU

10:40 I Divizion 1 279
Azərbaycan klubu əcnəbi hücumçusuna 100 min QİYMƏT QOYDU

I Liqanın iştirakçılarından olan «Difai» Kristian Kamtanı transferə çıxarıb.

«Fədailər»in kamerunlu hücumçuya görə istədiyi məbləğ də bəllidir.

Belə ki, afrikalı legionerin xidmətinə maraq göstərənlər 100 min manat ödəməlidir.

Kamta son 1,5 ildə Ağsu klubunun formasını geyinib. O, ötən mövsüm I Liqada 9 qol vurub.

Kamerunlunun adı hazırda Premyer Liqa və I Liqadan bir neçə klubla yanaşı hallanır. «Karvan» və «Şəfa» onların arasındadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti